news Image
2012.06.05
16:13
| A A A
Ərini 16 yaşlı şagirdinə dəyişdi

Movqe.Az xəbər verir ki, ABŞ-da 16 yaşlı şagirdiylə əlaqəyə girdiyi üçün mühakimə olunan türk müəllim səssizliyini pozub.

ABŞ-ın Nyu York şəhərində 16 yaşlı şagirdiylə əlaqəyə girdiyi üçün həbs olunan və ərinin ödədiyi 10 min dollarlıq rüsumla sərbəst qalan türk müəllim Erin Sayar, evinin qarşısında onu gözləyən jurnalistlərin suallarını cavablandırıb.

Qızını parka aparmaq üçün evindən ayrılarkən jurnalistlərin suallarını cavablandıran Sayar "Olanlar üzündən gizlənmirəm və həyatımı yaşayıram. İnsanlar nə  düşünür, düşünsün. Mən necəyəmsə eləyəm. Boşanmağı da düşünmürəm. Ərimi sevirəm və evliliyimiz əvvəlkindən daha güclüdur" deyib. Sayarın 39 yaşındakı əri Cimmi Latropun yaxınları isə Latropun boşanmaq istədiyini açıqlayıblar.

17 GÜNDƏ 3 MİN 856 MESAJ

Sayarın əlaqəyə girdiyi 16 yaşındakı şagirdi Kevin Enq ilə eyni futbol komandasında oynayan Eddiyə Reid isə "Həftəlik futbol məşqlərimizə görə Kevin həmişə Erin Sayarın ofisində olardı, qapı kilidlənərdi və Sayar özüylə görüşmək üçün ofisinə gələn şagirdlərinə "Sinifinizə gedin" deyə qışqırardı" kimi danışıb.

Başqa bir şagirdi isə "Müəllimimiz Kevinlə yaşadığı əlaqədən qürur duyardı" deyib. Məhkəmə üçün əldə edilən telefon qeydlərində 17 gün davam edən əlaqə əsnasında Sayarın şagirdinə cəmi 3 min 856 mesaj göndərdiyi ortaya çıxıb. Sayarın illik gəlirinin 78 min dollar olduğu da deyilir.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs