Əlaqə Arxiv
news Image
2014.01.30
12:24
| A A A
Genetik kodumuz kimlərdən gəlir?
Bir çox neondertal geni bugün kerotin, protein kimi müasir insanların saçlarında, dırnaqlarında və dərilərində yaşayır.

Sonuncu Neandertalın 10 minlərlə il əvvəl öldüyü, lakin onun genetik kodunun müasir insanlarda hələ də yaşadığı müəyyən olunub. Bu haqda Movqe.Az "The Guardian"aistinadən xəbər verir. Belə ki, Sübut olunub ki, müasir insanlar 5-ci arxaik neandertalın DNT-nə sahibdir. 

Alimlər müəyyən edə bilib ki, 20 faiz neondertal genomu (Genom, bir irsiyyət vahididir. Bir orqanizmin irsiyyət materialından olan genetik şifrələrin hamısını işarələyir.

Canlıların ən fundamental vahidi olan hüceyrədə fizikokimyasal xüsusiyyətlərin ortaya çıxarılmasında istifadə edilən genetik təlimatları hamısına da genom deyilə bilər. Hər canlının hüceyrələrinin içinə yerləşdirilmiş genetik proqram, o canlının "genomu" unu təşkil edir) qədim və həssas fosillərin genetik materiallarını daşıyır.  

Bizim genetik quruşumuzdakı neondertal izlər 65 min il əvvəl Agrikadan Avrasiyaya gedən neondertallların seksual rastlaşmasının daimi mirasıdır. Araşdırmanı Vaşinqton Universitetinin alimləri olan Benyamin Vernot və Coşua Akey Avropadan şərqi Asiyaya gəlmiş 600-dən çox insan üzərində aparıb və bütün gün növlərinin xüsusiyyəylərinin neondertallardan gəldiyini müəyyən edib.

 Tədqiqat "Nature" jurnalında yayımlanıb. Bir çox neondertal geni bugün kerotin, protein kimi müasir insanların saçlarında, dırnaqlarında və dərilərində yaşayır. 

Sizin Reklam Yeriniz