news Image
2014.02.01
17:06
| A A A
"Həmin an öldüyümü sandım"

Felix Baumgartner, ölüm təhlükəsi yaşadığı atlayışda duyğularını bu sözlərlə canlandırıb.  Baumgartner, "Həmin an öldüyümü sandım". 


Helium dolu balonuyla çatdığı 39.000 metr yüksəklikdən dünyaya atlayan Avstriyalı ekstrem idmançı Felix Baumgartnerin atlayışına aid yeni görüntülər müşayətində yeni bir video yayımlanıb. Movqe.Az həmin videonu təqdim edir:





Feliks Baumqartner (alm. Felix Baumgartner20 aprel 1969Zaltsburq) —Avstriya paraşütçüsü.

Avstriyalı Feliks Baumqartner stratosferdən rekord hündürlükdən tullanıb. O, sərbəst enmədə səs sürətini örtüb və onun sürəti saatda 1342,8 km olub.

İdmançı yerdən 39 km hündürlükdən tullanıb.


Felix Baumgartner tullanarkən 4 dəq. 20 saniyə paraşütü açmayıb.

Beynəlxalq Aeronavtika Federasiyası 43 yaşlı idmançının bazar günü ABŞ-da Nyu-Mexikoda tullandığını və maksimum sürət əldə etdiyini təsdiqləyib.

İkinci dünya savaşından sonra səs sürətini aşan qırıcı, daha sonra isə sərnişin təyyarələri yaradıldı. Səs sürətini aşan maşınlar da meydana gəldi. Felix Baumgartner təyyarə və maşından istifadə etmədən səs sürətini ötən ilk adamdır.

O, jurnalistlərə deyib ki, tullanarkən və eniş zamanı hər hansı rekord barədə düşünməyib: "Mən yalnız yerə sağ-salamat enməyi, ailəmi, valideynlərimi, babamı yenidən görməyi fikirləşirdim. Bəzən insana belə bir yüksəkliyə qalxmaq lazımdır ki, o, nə qədər kiçik olduğunu başa düşsün"