news Image
2014.02.02
18:18
| A A A
Samsungdan daha bir yenilik!
Samsung , Life Times ilə sizi arxivləşdirəcək !

Movqe.Az xəbər verir ki, Samsungun "Life Times" tətbiqindən sızan ekran görüntüləri , firmanın "həyatı qeydə alma " işindən geri qalmaq istəmədiyini göstərir.

 

"SamMobile"da ortaya çıxan görüntülərdəki Life Times , Galaxy mobillərdə telefonu və tətbiqləri necə istifadə etmək lazım olduğunu avtomatik olaraq qeydə alır. Bundan başqa e -poçt , musiqilər , mesajlar və sosial şəbəkə yenilikləri gündəlik bir xülasə halında göstərilir. Samsungun Story Album tətbiqi , mövqe və zamanı istifadə edərək fotoşəkillər üçün bənzər funksiyalar təqdim edirdi. Lakin görünür ki, Life Times , daha çox bir günlük tətbiq kimi çalışacaq. Androiddəki Day Journal və iOSdakı Day One kimi.

 

Lakin Google və Samsungun ötən günlərdə etdiyi razılaşma nəticəsində Samsungun öz tətbiqlərinin sayını azaldacağı ortaya çıxmışdı.