news Image
2014.02.04
13:49
| A A A
Bu gün “Facebook”un yaranma günüdü
Movqe.az xəbər verir ki, bu gün "Facebook"un yaranma günüdür 2004-cü il fevralın 4-də Harvard Universitetinintələbəsi Mark Zukerberq tərəfindən "The Facebook" adlı sosial şəbəkə istifadəyə verilib. Bu sosial şəbəkədə əvvəldə təkcə Harvard Universitetinin tələbələri qeydiyyatdan keçə bilərdilər, mart ayından etibarən isə Stendford, Yelsk və Kolumbiya Universitetlərinin tələbələri də burada qeydiyyatdan keçə biliblər. 2005-ci ildə şirkət 200 min dollara "facebook.com" domen adını satın alıb. 2006-cı il sentyabrın 26-dan sosial şəbəkə 13 yaşından yuxarı bütün internet istifadəçilərinə əlçatan olub. 2010-cu ildə şirkətin qiyməti 41 milyard dollar həcmində qiymətləndirilib. 2012-ci ilin mayında "Facebook" texnologiya sənayesi tarixində ən böyük "IPO"-nu keçirib və 16 milyard dollardan çox cəlb edə bilib. Beləliklə, şirkətin kapitallaşdırma dəyəri 104 milyard dollar həcmində qiymətləndirilib. Hazırda "Facebook"un 1 milyardddan çox aktiv istifadəçisi var. Azərbaycanda isə bu sosial şəbəkədə 1 milyona yaxın istifadəçi qeydiyyatdan keçib. Azərbaycanda "Facebook"dan əhalinin 11.53 %-i və ölkənin ümumi internet istifadəçilərinin 22.66 %-i istifadə edir. "Facebook" istifadəçilərinin sayına görə 168 milyon istifadəçi ilə ABŞ birinci yerdədir. Bu sosial şəbəkədən istifadə edən digər ölkələrə gəlincə isə, Braziliya (64 milyon) ikinci, Hindistan (62 milyon) üçüncü, İndoneziya (51 milyon) isə dördüncü yerdə qərarlaşıb. Ən az "Facebook" istifadəçisi isə 20 nəfər istifadəçisi ilə Vatikandır.