news Image
2014.02.04
14:15
| A A A
Xərçəng zəlzələ dalğası kimi yayılır! Səbəbi..FOTOLAR
Bir ildə 14 milyon insana xərçəng diaqnozu qoyulur

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) xəbərinə  görə, dünya "zəlzələ dalğası" kimi yayılan  xərçəng təhlükəsiylə üz-üzədir. Bu haqda Movqe.Az BBC-yə istinadən xəbər verir. Bu səbəbdən alkoqol və şəkər minimum səviyyəyə endirilməlidir. Proqnozlara görə, xərçəng sayı 2035-ci ilə kimi 24 milyona çatacaq. ÜST bildirir ki,  hazırki "həqiqi ehtiyac" xərçəngə səbəb olan, piylənmə xəstəliyi və içki içmək, siqaret çəkmək alışqanlığının qarşısını almaqdır. Bir ildə 14 milyon insana xərçəng diaqnozu qoyulur, lakin bu rəqəmin 2025-ci ildə 19 milyon, 2030-cu ildə 22 milyon, 2035-ci ildə isə 24 milyon olacağı gözlənilir.

Ümumdünya Səhiyyə Təşkilatının 2014-cü il hesabatına görə, xərçəngin yaranma mənbəyi aşağıdakılardır:

1.     Siqaret çəkmək

2.     İnfeksiyalar

3.     Alkoqol

4.     Piylənmə (Obezit) və hərəkətsizlik

5.     Radiasiya (həm günəş həm də tibbi müayinə şüaları)

6.     Hava çirkliliyi və ətraf mühit faktorları

7.     Valideyn olmaqdan imtina etmək, az uşaq sahibi olmaq və süd verməmək

 Bir çox ölkələrdə xərçəng əsasən qadınlarda yaranır. Xüsusilə, servikal xərçəng (rəhmağzı xərçəngi) Afrikada geniş yayılıb.