news Image
2014.02.06
18:06
| A A A
Dərimizin sağlamlığı üçün bal

Bildiyimiz kimi balın müalicəvi xüsusiyyətləri çoxdur. Belə ki, zehni inkişafdan cinsəl sağlamlığa kimi bal bir çox xəstəliklərin qarşısını alır.

Möcüzəvi xüsusiyyətlərinə görə uşağın inkişafına dəstək olur. Bal həmçinin dəri sağlamlığı üçün istifadə edilən gözəllik proseduralarından biridir. 

Dərinin canlı və gözəl olmasına təsir göstərən bal, tərkibində olan antioksidant və antimikrob sayəsində göbələkləri önləməyə, insan dərisini ətraf mühitin verdiyi zərərlərdən qorumağa kömək edir. Bundan əlavə dərini təbii yollarla sakitləşdirir və nəmləndirir.

Təbii antioksidant baxımından toksik molekulları zərərsizləşdirir, dərini gənc və təmiz saxlayır.

Balın digər bir faydası infeksiyaların qarşısını alaraq yaraların yaxşılaşmasına kömək etməsidir.

Tərkibində olan maqnezium, kalium və kalsium dərini təravətli və sağlam edir.

Təmizləyici vasitə olaraq istifadə edilən bal təbii fermentlər sayəsində dərini soyulmadan qoruyur.

Balın digər bir faydası sızanaqlara qarşı təsirli olmasıdır. Sızanaqların üzərinə kiçik bir miqdar bal sürtmək və bir müddətdən sonra yumaq sızanaqlara qarşı müdafiə yaradır. Tərkibində olan antimikrob xüsusiyyətləri sayəsində, sızanaqları və qızartıları aradan qaldırır.