news Image
2014.02.07
12:12
| A A A
Stiv Cobsun "Mac OS-lu VAIO" fikri

Sony-nin bir müddətdir satacağı deyilən , sonda həqiqətən satdığı ortaya çıxan VAIO markası , çox daha fərqli bir gələcəyə sahib ola bilərdi.


2011-ci ildə Yapon jurnalist Nobuyuki Hayaşın etdiyi bir reportajda keçmiş Sony rəhbəri Kunitake Andonun VAIO haqqında söylədikləri ortaya çıxıb. "Nobi.com"un bəzi hissələrini yayımlayıb. 

Cobs , həqiqətən də "Sony"yə Mac OS X yüklü VAIO notebooklar çıxarmağı təklif etmişdi. Bu , Applenin öz əməliyyat sistemini üçüncü partiya təchizat məhsullarına açmama prinsipinə son dərəcə zidd idi. Görünür, Cobsun Sony məhsullarına olan sevgisi olduqca böyük idi.


Məqaləyə görə VAIO - Mac OS X əməkdaşlığı hələ başlamadan sona çatıb. 

 Sony , Cobsun fikrini qəbul etsəydi PC sektoru bu gün bəlkə də çox daha fərqli bir yerdə olacaqdı.