news Image
2014.02.08
18:03
| A A A
McDonaldchr("39")sdan yeni filial

Vyetnamda qlobal sərmayənin əhəmiyyətli markalarından McDonalds ilk dəfə şöbə açıb . Ölkənin ilk McDonalds şöbəsi özüylə korrupsiya iddialarını da gündəmə gətirib. Vyetnam Baş naziri Nguyen Tan Dungın kürəkəni Henry Nguyenin McDonalds zəncirinin Alyaska ortağı olması etirtaz yaradıb.


Kommunist rejimlə idarə olunan nadir ölkələrindən biri olan Vyetnamda qlobal sərmayənin əhəmiyyətli markalarından McDonalds ilk dəfə şöbə açıb . 1960-cı illərin ortasından bəri dünyada ABŞ əleyhdarlığının ən əhəmiyyətli ölkələrindən olan Vyetnam , sonda kapitalizmin simvolu "qamburgeri" evində qəbul edib. Ölkənin ilk McDonalds şöbəsi son 22 ildir ilk dəfə bir Cənub-Şərqi Asiya ölkəsinə daxil ola bilir. 

Ölkənin ilk McDonalds şöbəsi özüylə korrupsiya iddialarını da gündəmə gətirib. Vyetnam Baş naziri Nguyen Tan Dungın kürəkəni Henry Nguyenin McDonalds zəncirinin Alyaska ortağı olması diqqət çəkib. Kürəkən açılış günü Mc Donald 's köynəyiylə dünya mediasına poza verib.


Mc Donald s, Cənub-Şərqi Asiyada son dəfə 1992-ci ildə Bruneidə olmuşdu. Şirkətin Filippində 400 , Malayziyada 260 , Taylandda 195 və İndoneziyada 150 McDonalds şöbəsi var. Şirkət bu gün ümumi gəlirinin 70 faizini ABŞ xaricindəki bazarlardan təmin edir. Vyetnam da 92 milyon əhalisi və illik yüzdə 7,2 böyümə nisbəti ilə hələ də dünyanın ən cazibədar inkişaf edən bazarlarının əvvəlində yerləşir.