news Image
2014.02.10
10:46
| A A A
Apple bütün internetə sahib olmaq istəyir?

Texnologiya nəhəngi Apple hədəflərini böyüdüb , bütün interneti satın almaq istəyir.

Apple haqqında yeni  analiz , çox maraqlı bir nəticəni ortaya çıxarıb. Yalnız kompüter , telefon və ya tablet istesal etməklə kifayətlənmək istəməyən Apple online daxili məzmun yaratmaq üçün uzun zamandır əhəmiyyətli işlər aparır. iTunes sayəsində əvvəl musiqi , daha sonra film , proqram və e- kitab satmağa başlayan şirkət ,  online TV yayımı mövzusunda da son dərəcə həvəsli görünür. Lakin bütün bu məzmun xidmətləri üçün Applenin qarşısında böyük bir maneə var: sürət genişliyi. Applenin xidmətləri gedərək daha çox sürət genişliyi tələb edir və Apple bu ehtiyacını qarşılamaq üçün böyük internet təminatçılardan davamlı olaraq daha çox sürət genişliyi satın alır. Movqe.Az xəbər verir ki, Beynəlxalq internet xidmətləri verən bir şirkət olan "International Internet Exchange"in strategiya rəhbəri Bill Nortonun verdiyi məlumata görə Applenin hazırda satın almış olduğu internet xidmətləri sayəsində , saniyədə yüzlərlə gigabit məlumatı transfer etməsi mümkün hala gəlib. Lakin şirkətin böyümə sürəti və Apple TV-sı kimi yeni məzmun xidmətləri bu sürətlə davam etsə , tezliklə daha çoxuna ehtiyac duyacaq. 2005-2010-cu illər arasında , interneti ən çox məşğul edən məlumat nəqlinin YouTube-dan  qaynaqlandığı hesablanırdı, lakin indi işlər dəyişmiş kimi görünür.