news Image
2014.02.11
11:33
| A A A
Kainatın ən qədim ulduzu tapıldı

Avstraliyalı astronavtlar tərəfindən kəşf edilən yeni bir ulduzun bu günə qədər tapılmış ən qədim ulduz olduğu iddia edilir. 


Movqe.Az xəbər verir ki, 11 illik bir araşdırmanın nəticəsində Avstraliyadakı SkyMapper teleskopuyla tapılan ulduzun 13 milyard 700 milyon illik olduğu təxmin edilir. 


Araşdırmanın lideri Dr Stefan Keller etdiyi şərhdə, "ulduzun böyük partlayışdan qısa müddət sonra meydana gəldiyini" deyib. Ulduz, dünyadan 6 min işıq ili uzaqlıqdadır.