news Image
2014.02.11
15:28
| A A A
Bədənin yarısı yoxdu amma..-FOTO

Bədəninin yarısının olmamasına baxmayaraq 31 yaşındakı Mari Andrevs ana oldu. Mövqe.az xəbər verir ki, bel sümüyündə meydana gələn sürüşmə səbəbiylə təkərli kürsüylə həyatı məhdudlaşdırılan və bədəninin yarısı olmayan qadının həyat mübarizəsi onu görən hər kəsi özünə heyran buraxır. Yaşadığı sağlamlıq problemlərinə görə çətin bir həyatı olsa da, gənc qadın ən böyük istəyi olan ana olmaqdan imtina etməyib. Mark adında kiçik bir oğlu olan Mari "Ana olduğuma inana bilmirəm. Bəzən yuxuda olduğumu düşünürəm" deyib. Sümüklərində illər içində 200-dən çox qırılma yaşansa da həyatdan və ana olmaqdan imtina etməyən gənc qadın indi yoldaşı Dan və körpəni Mark ilə xoşbəxt bir həyat yaşayır. Həkimlər isə bu hal qarşısında təəccübünü gizlədə bilmir və bunu möcüzə adlandırır.