Əlaqə Arxiv
news Image
2012.06.07
22:00
| A A A
Qarabağ probleminin çözülməmiş qalması ilə bağlı etiraz aksiyası
 Qarabağ Azadlıq Təşkilatı (QAT) Qarabağ probleminin 20 il ərzində həll edilməməsi ilə bağlı etiraz aksiyası keçirib.

Aksiyanın əsas tələbləri, ATƏT-in Minsk Qrupunun buraxılması, Ermənistanın işğalçı dövlət kimi tanınması və ona qarşı sanksiyaların tətbiq olunması, cəbhə xəttində Azərbaycan əsgərlərini qətlə yetirməkdə davam edən işğalçı Ermənistan rejiminə qarşı dərhal təsirli tədbirlərin görülməsidir.

Təşkilatın iyirmiyə yaxın üzvü BMT-nin Azərbaycan nümayəndəliyi qarşısındakı aksiyada "Qarabağ!", "Biz müharibə tələb edirik!", "Həmsədrlərə inanmırıq!", "Qarabağın azadlığı müharibədən keçir!", "Xalq diplomatiyası dayandırılsın!", "Məmurların Ermənistana səfərlərinə son qoyulsun!" şüarları səsləndirilib.

Təşkilat sədri Akif Nağı və digər fəallar cümə axşamı səhəri polis tərəfindən saxlanıldığından aksiyada iştirak etməyib.

Etirazçılar aksiyanı qətnaməni BMT-nin Azərbaycan nümayəndəliyinə təqdim edərək bitirib.

1993-cu ildən fəaliyyət göstərən QAT-ın əsas məqsədi Qarabağın azadlığı və suverenliyidir. Yerli mediaya verilən müsahibələrdə təşkilat Qarabağ münaqişəsinin həllini müharibədə olduğu deyir.

Türkan Nadirqızı

Movqe.Az

Sizin Reklam Yeriniz