Əlaqə Arxiv
news Image
2014.02.13
15:36
| A A A
Mamoqrafiyayla əlaqədar maraqlı araşdırma

Kanadalı elm adamlarının araşdırmasına görə , mamoqrafiyanın döş xərçənginin erkən diaqnoz və müalicəsində təsirli olmadığı ortaya çıxıb.


Movqe.Az xəbər verir ki, Kanadalı elm adamlarının 25 ildir 90 minə yaxın qadın üzərində reallaşdırdığı bir araşdırmaya görə , mamografiya döş xərçənginin erkən diaqnoz və müalicəsində təsirli olmadığı aşkar olunub. Toronto Universiteti Dalla Lana Xalq Sağlamlığı Fakültəsi müəllimlərindən Prof. Kornelia Baines və qrupunun , Kanadanın 6 əyalətindəki 15 xərçəng təhlili mərkəzində 25 il davam edən araşdırmaları , tibb jurnalı British Medical Journalda nümayiş olunub. 


Yaşları 40-59 arası olan 89 min 835 qadın üzərində edilən araşdırmaya görə , mamogram testlərinin döş xərçəngi ölümlərinin azalmasına müsbət bir təsiri olmayıb.


Kanadalı Baines və qrupunun araşdırma nəticələri ABŞ və Kanadada müzakirə yaradıb , bəzi elm adamları mamografiyanın lazımsız olduğunu iddia edib.



Nyu York Timesin xəbərinə görə Amerika Xərçəng İcmasından Dr. Riçard Vender , mamografiyanın 40 yaşlardakı qadınlarda tətbiqinin süd vəzisi xərçəngindən ölüm nisbətini  15 %, 50 yaşlarda tətbiq olunmağa başlanmasıyla 20 % nisbətində azaltdığını iddia edib.



Ontario Xərçəng Agentliyi isə etdiyi şərhdə , araşdırmanın mamografiya testlərinə təsir etməyəcəyini bildirib.

Sizin Reklam Yeriniz