Əlaqə Arxiv
news Image
2014.02.14
12:33
| A A A
Google-dan Sevgililər günü surprizi!

Google 14 Fevral Sevgililər Günü üçün sevgiylə dolu loqo hazırlayıb. Sevgililər Gününün haradan gəldiyini heç düşünmüsünüz? Sevgililər Günü haqqındakı bütün ətraflı məlumatı sizlər üçün yığdıq . Bu da Sevgililər Gününün tarixçəsi . 

 

Movqe.Az xəbər verir ki, Sevgililər gününün tarixçəsi Miladdan sonra 3. əsrdə Valentinenin gizlicə bağladığı nikahlara əsaslanır. Roma İmperatoru Klaudius II , ordusunu gücləndirmək üçün gənc kişilərin evlənməsini qadağan etmişdi. Rəvayətə görə bu qadağaya qarşı çıxan Valentine , gizli nikahlar bağlayaraql gəncləri evləndirməyə davam etmişdir.

 

Xəyanətin qarşılığını canıyla ödəyən Keşiş Valentine miladdan sonra 270-ci ildə 14 Fevralda edam edilmişdir. Bu səbəblə hər il 14 Fevralda Sevgililər günü qeyd edilir.

 

Sevgililər Günü , hər ilin 14 fevral günü bir çox ölkədə qeyd olunan xüsusi bir gündür. Mənşəyi , Roma Katolik Kilsəsinin inancına söykənən bu gün , Valentine adındakı bir din adamının adına həsr edilən bir bayram günü olaraq ortaya çıxmışdır. Bu səbəblə bəzi cəmiyyətlərdə "Əziz Valentin Günü" (İngiliscə : St. Valentine 's Day) adlanır. Valentine sözü , Qərb mədəniyyətlərində xoşlanılan şəxs və ya sevimli mənalarında da istifadə edilir.

 

İndiki vaxtda , bəzi cəmiyyətlərdə sevgililərin bir-birinə hədiyyələr aldığı , kartlar göndərdiyi xüsusi bir gün olaraq davam etməkdədir . Təxminlərə görə 14 Fevral günü , bütün dünyada 1 milyard civarında kart göndərilir. 



Sizin Reklam Yeriniz