news Image
2014.02.14
13:47
| A A A
Uşaqlara ölüm hüququ da verildi!

Belçikada ictimaiyyətin böyük reaksiyayla qarşıladığı ölümcül xəstəliyi olan uşaqlara evtanaziya qanunu tətbiq etmək Federal Məclisdə səs çoxluğu ilə qəbul edilib.


Movqe.Az xəbər verir ki, Uşaqlara da evtanaziya haqqı tanıyan təklif 44 rədd səsinə qarşı 88 "bəli" səsiylə qanuniləşib. 


Yaş sərhədini ortadan qaldıran yeni qanun ilə yanaşı 18 yaşını doldurmamış uşaqlar da həkimin və ya psixiatr təsdiqi və ailənin də istəyi ilə evtanaziyayla həyatına son verə biləcək. Qanuna Liberallar , Sosialistlər , Yaşıllar və Yeni Flaman İttifaqı partiyası dəstək verib. 


Belçika dünyada ilk ölkə oldu


Belçika , yaş sərhədini aradan qaldıraraq kiçik yaşdakı fərdlərə evtanaziya imkanı tanıyan ilk ölkə olub. Hollandiya 2002-ci ildə uşaqları da əhatə edən evtanaziya qanununu təsdiqləmişdi lakin yaş sərhədini 12 olaraq təyin etmişdi. 


Evtanaziya - sağalmaz xəstəlikdən əziyyət çəkən insanı və ya heyvanı həyatdan məhrum etmə təcrübəsi.

Hollandiya qanunvericili­yinin müəy­yənləşdirdiyi tərifə əsasən, "bu və ya digər şəxsin öz istəyi ilə həyatına son qoymaq qərarı və həmin qərarın bu işdə maraqlı olmayan şəxs tərəfindən yerinə yetirilməsi evtanaziya adlanır". "Evtanaziya" sözü ilk dəfə XVII yüzillikdə F.Beykon tərəfindən işlənib.