news Image
2014.02.18
12:39
| A A A
Arktika artıq nə ağdır, nə də parlaq..

Arktika buzlarının əriməsi alimlərin narahatlığına səbəb olub. Arktika artıq əvvəlki kimi ağ və parlaq deyil. Bu haqda məqalə " Proceedings of the National Academy of Sciences" jurnalında yayımlanıb.  Məqaləyə görə, dünyamız həddən artıq isti hava yayaraq buzları əridir və Arktikaakı su səviyyəsini əvvəlki illərə görə daha çox artırır.  Movqe.Az "News Tonight Africa"ya istinadən xəbər verir ki, Kaliforniya Skrip Okeanoqrafiya İnstitutunun iqlim üzrə alimi İan Aysmen qlobal istiləşmədəki Arktik qaralmanın CO2 emissiyalarının təsirilə 25 faiz artdığını bildirib. Aysmana görə, peyklərin köməyilə Yerə qayıdan günəş işıqlarının ölçüsünün artması nəticəsində Arktik qaranlıq 1979-2011-ci ildə 8 % artıb. Statistik rəqəmlər buz səviyyəsinin 1979-ci ildən bu yana 35.000 kvadrat kilometrlik ölçüylə azaldığını göstərir. Tədqiqatlar onu da müəyyən edib ki, ötən 33 il ərzində Arktika bölgəsindəki planetar ağlıq dərəcəsi 0.52-dən 0.48-ə düşüb. Danimarka və Qrinland Geoloji tədqiqatçısı Ceyson Boks suların maksimum günəş işığı udması halının davam edəcəyi təqdirdə, mayeni yenidən buza çevirməyin uzun vaxt alacağını deyib. Aysman isə, Arktik qaranlığın 2-3 dəfə də artacağını sözlərinə əlavə edib. 


Arktika Yer kürəsinin şimal qütbü ətrafını əhatə edir. Qış mövsümündə Arktika tamamilə buz ilə örtülür.