Əlaqə Arxiv
news Image
2014.02.20
11:48
| A A A
Diqqət!Bu içkilərdən qaçın!
Qablaşdırılma diabet, piylənmə və nevroloji xəstəliklərə də səbəb ola bilir.

Elm adamları qablaşdırılmış ərzaqların kimyəvi sağlamlıq riski yayaraq xərçəngə səbəb olduğunu bildirib. Bu haqda Movqe.Az "BBC"yə istinad edir. Tədqiqatçılar qablaşdırılmada ən az 4000-ə yaxın kimyəvi maddə istifadə edildiyini və bunun insan bədəninə təsirini anlamaq üçün daha çox araşdırmaya ehtiyac olduğunu söyləyib. Qablaşdırılma diabet, piylənmə və nevroloji xəstəliklərə də səbəb ola bilir. Hətta tənqidçilər belə həyəcan təbili çalıb.

Ceyn Manke, Con Peterson Mayers, Martin Scheringer and Miquel Porta kimi araşdırmaçıların qablaşdırlmanın sağlamlıq riski yaratmasıyla bağlı fikirləri  "the Journal of Epidemiology and Community Health" jurnalında yayımlanıb. Onların sözlərinə görə, formaldehid kimi tanınan kimyəvi maddələr xərçəngə səbəb ola bilir. Belə ki, bu maddə gündəlik həyatımızda istifadə etdiyimiz qazlı içki qablarında və süfrəmizə düzdüyümüz qablarda istifadə olunan plastik materiallarda istifadə olunur. Avstraliyada yerləşən Melburn RMİT Universitetinin həkimi DR Oliver Cons : "Bir çox tədqiqatlar alimlərin fikirlərilə üst-üstə düşüb. Lakin mənim müşahidələrimə görə, duz və şəkərdən yarandığı güman edilən kökəlmə daha çox qablaşdırılmada istifadə olunan kimyəvi maddələrdən yaranır"deyib.

Sizin Reklam Yeriniz