news Image
2014.02.20
18:07
| A A A
Fətva: Müsəlmanlar Marsa gedə bilməz

Müsəlman din adamları müsəlmanların Marsa getməsini qadağan edən fətva (dini qərar) verib. Bu haqda məqalə Birləşmiş Ərəb Əmirliyinin "Khaleej Times" qəzetində yayımlanıb. Movqe.Az Daily Mail"ə istinadən xəbər verir ki, din adamları ümümiyyətlə fəza səyahətinin çox təhlükəli olduğunu bildirib. Məqalədə, fəzaya olan səyahətin çox riskli olduğu, İslamın bunu doğru hesab etmədiyi, astronavtların ora getməklə böyük risk aldığı yazılıb. Belə ki, din adamlarına görə fəzaya səyahət özünə sui-qəsd deməkdir və onlar cəhənnəmə gedəcəklər. Bu dini qaydalar "Mars One " təşkilatına ünvanlanıb. Təşkilat 2025-ci ilə kimi Marsda koloniya yaratmaq niyyətindədir. Təşkilatın 200 minlik heyətiinin 500-ü Səudiyyə Ərəbistanlılar təşkil edir. Qaydalar "General Authority of Islamic Affairs" təşkilatı tərəfindən qoyulub. İndiyə qədər təşkilət 2 milyona yaxın belə dini qərar verib.