news Image
2012.06.11
12:58
| A A A
Facebook əvvəlki gücünü itirib

Movqe.Az bildirir ki, Milyonlarla üzvü olan sosial şəbəkə, əminik bu xəbərdən çox da məmnun qalmayacaq.

"Facebook"da əvvəlkinə nəzərən daha az vaxt keçirirsinizsə tək deyilsiniz. "Reuters" və "Ipsos"un keçirdiyi anketə görə istifadəçilərin 34 faizi son 6 ay ərzində "Facebook"da daha az vaxt keçirirlər.

Qarşıya qoyulan səbəblərdə isə sosial şəbəkənin "darıxdırıcı", "mənasız" və "faydasız" olduğunu göstərir. Gizlilik mövzusundakı narahatlıqlar da əsas səbəblərdən biridir.

Anketə qatılan 1000-dən çox amerikalı istifadəçidən yalnız 20 faizi "Facebook"da daha çox zaman keçirməyə başlayıb, 50 faizlik bir seqmentsə "Facebook"da keçirdiyi vaxtın dəyişmədiyini söyləyir.

"Facebook" istifadəçiləri yaş fərqinə görə də öz sabitliyini qorumur. 18-34 yaş arası insanlar "Facebook"dan daha çox istifadə edərkən, 55 və ondan yuxarı yaş insanlar isə sayta daha az ziyarət edirlər.

İstifadəçiləri ən çox narahat edən şeylərdən biri də saytda yayımlanan reklamlardır. Bu mövzuya cavab verənlərdən 80 faizi indiyə qədər "Facebook"da gördükləri reklamlardan yararlanmayan insanlardır.

Bu xəbər, reklamlardan yaxşıca xeyir qazanan şirkətlər üçün çox da ürəkaçan deyil. Bundan əlavə, "General Motors" və bəzi böyük şirkətlər də "Facebook"un reklamlarından bezmiş vəziyyətdədirlər. Sayta reklam vermək istəsələr də "Facebook"un bu reklamlarla kifayət qədər yaxşı bacara bilmədiyi fikirindədirlər.

Bu qədər mənfilik qarşısında "Facebook"un  necə davranacağı və nə cavab verəcəyi çox maraqlıdır...

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs