Əlaqə Arxiv
news Image
2014.02.23
16:07
| A A A
3 min xəstəylə ürəkdə kök hüceyrə araşdırması

Ürək xəstəliklərinin müalicəsində kök hüceyrələrin sınandığı ən böyük araşdırma, İngiltərənin paytaxtı Londonda başlayıb.

 

11 ölkədən üç min xəstənin qatıldığı araşdırmada kök hüceyrə müalicəsinin ürək böhranı keçirən xəstələrdə ziyan görmüş toxumaları bərpa edib etməyəcəyi sualına cavab axtarılacaq. 


Araşdırma daxilində bütün xəstələrə daralan ürək damarlarını genişləndirmək üçün stent taxılacaq. Bu standart müalicəyə əlavə olaraq xəstələrin yarısının ürəyinə sümük iliklərindən alınan kök hüceyrələr vurulacaq. 

Kök hüceyrə nəqli, ürək böhranından dərhal sonra ediləcək. 

Bu müalicənin tətbiq olunduğu ilk insan olan Neal Grainger adlı 54 yaşındakı İngilis xəstə, "Bu araşdırmanın bir hissəsi olmaq möcüzədir" deyib.

Sizin Reklam Yeriniz