news Image
2012.06.11
16:28
| A A A
Napolyonun məktubu 405 min dollara satıldı

Movqe.Az xəbər verir ki, Fransanın əsgər imperatoru Napolyon Bonapartın ingilis dilindəqələmə aldığı məktub  Parisin cənubundakı "Fontainebleau"da təşkil edilən hərracda 405 min dollara satılıb.

Hərracı təşkil edən Osenat Hərrac Evi bildirib ki, məktuba gözlənilən qiymətdən beş qat artığına alıcı tapılıb.

Napolyonun 1816-cı ildə ingilis dilimüəlliminə yoxlaması üçün göndərdiyi ev tapşırığında imperatorluğun qartal fiqurlu bal mumu möhürü əks olunub.

Osenat Hərrac Evi, hərracda satılan mətnin Napolyonun yazdığı 3 ingiliscə məktubdan biri olduğunu bildirib.

Xatırladaq ki, 1815-ci il iyun ayında "Waterloo" döyüşündə ingilislərə məğlub olan Napolyon Cənubi Atlantikadaki Sainte-Helene adasına sürgünə göndərilib. 1815-ci il avqust və oktyabr ayları arasında ingilis gəmisində düşmənlərinin dilini öyrənməyə and içən Napolyon  Fransız inqilabında Londona yerləşən və ingiliscəni yaxşı bilən Las Kasesdən ilk dərslərini almağa başlayıb.

Las Kases, 1823-cü ildə nümayiş olunan Sainte-Helen xatirələrində, 1821-ci ilin may ayında 51 yaşında adada ölən Napolyonun ingilis dilini oxuya bilməməkdən utandığını və ingilis dili dərslərinə 1816-cı ilin yanvar ayında daha da ciddi yanaşdığını bildirib.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs