Əlaqə Arxiv
news Image
2014.03.04
12:46
| A A A
İran Facebook qadağasını qaldırır!

İran İslam Mədəniyyəti naziri Əli Cənnəti , aralarında Facebookun da olduğu bəzi sosial media saytlarına qoyulan giriş qadağasının aradan qaldırılmasını araşdırdıqlarını bildirib.


Movqe.Az əbər verir ki, sosial saytlara qoyulan qadağaları tənqid edən Cənnəti , "İslami dəyərləri qoruma bəhanəsiylə bəzi şeylərin inkişafının qarşısını almağın mənası yoxdur. Dünyayla əlaqəmizi kəsib insanları məhdud sahəyə sıxışdıra bilmərik" deyə bildirib.


İnqilabın qurulduğu ilk illərdə video pleyer və faks maşınlarına qoyulan qadağaları xatırladan nazir , "Bu gün keçmişə baxdıqda aldığımız bir çox qərarların nə qədər komik olduğunu görürük" deyib.


İranda bir çox nazir və ali səviyyə səlahiyyətlinin qadağan olmasına baxmayaraq, sosial saytlarda hesabı var . Rəsmi rəqəmlərə görə , 4 milyon İranlı Facebook istifadə edir.


İrandakı internet istifadəçiləri , ümumiyyətlə , giriş qadağasının qoyulduğu saytları açmaq üçün üçüncü bir ölkənin internet şəbəkəsindən faydalanır. Qadağan olaraq satılan bu materiallardan faydalanmaq istəyən istifadəçilər , nizamlı olaraq abunə əvəzi ödəyir. Tehran , inkişaf etdirdiyi proqramlarla istədiyi vaxt bu proqramların çoxunu da dövrədən kənar qoya bilir.

Sizin Reklam Yeriniz