news Image
2014.03.04
14:46
| A A A
Robotlar imtahan verəcək

Yapon elm adamları, Tokio Universitetinə daxil olmaq üçün imtahanı keçə biləcək təchizata və zəkaya sahib kompüter proqramı hazırlayıb.


Yaponiya Milli İnformasiya İnstitutundan Noriko Arainin rəhbərlik etdiyi  layihə , süni zəkanın insan beyni yerinə keçib-keçə bilməyəcəyini araşdırır. Araşdırma nəticələrinə görə də insanların daha fərqli araşdırma sahələrində işləri hədəflənir.


Kyodo xəbər agentliyinə danışan Arai , "Əgər bütün cəmiyyət gələcəkdə bir dəyişmə ehtimalı görürsə , biz də ona görə hazırlıqlı olarıq " deyir.

Bir robot , Tokio Universitetinə daxil ola bilərmi ? adlı layihə 2011-ci ildə başlayıb.


Noriko Arai , robotların insanlar qədər inkişaf etmiş səviyyəyə çata bilməməsi vəziyyətində də  nəyin əskik olduğunun təsbit edilə biləcəyini və lazımlı texnologiyanın inkişaf etdirilə biləcəyini söyləyir.


Keçən il inkişaf etdirilən bir robot Yaponiyanın ən çətin universitet imtahanına oxşar bir imtahana girmiş , 50 faizə yaxın xal yığa bilmişdi.


İngilis Observer qəzetinə danışan Googlenin mühəndislik hissəsi müdiri Ray Kurzveil , robotların insan zəkasını 2029 -ci ilə qədər geridə qoya biləcəyini söyləyib.