news Image
2014.03.05
11:48
| A A A
Çılpaq gözəllər xərçənglə mübarizəyə başladı

İngiltərənin ən çox satılan bulvar qəzetlərindən "The Sun", çılpaq qadın fotoşəkilləri nümayiş olunan üçüncü səhifəsini, döş xərçəngiylə mübarizə kampaniyasına ayırır. 

Movqe.Az xəbər verir ki, The Sun, feministlərin və qadın hüquqları qruplarının reaksiyasını çəkən 3-cü səhifə gözəlləri vasitəsilə döş xərçəngi mövzusunda fərqlilik yaratmağı hədəfləyir. 


The Guardian qəzetindən Roy Greensladein bloq səhifəsində yer alan xəbərə görə The Sun, "CoppaFeel!" adlı vəqflə ortaq çalışaraq qadınları, döş xərçənginə qarşı nizamlı həkim idarəsindən keçməyə təşviq edəcək. 


Qəzet, üçüncü səhifəsilə yanaşı, baş səhifəsi və ikinci səhifəsini da bu proyektə ayırır.