Əlaqə Arxiv
news Image
2012.06.13
16:53
| A A A
BMW-dən düz çarx inqilabı

Movqe.Az bildirir ki, BMW yeni bir planını həyata keçirmək arzusundadır. Avtomobil həvəskarlaı düz çarx və tiptronik çarx haqqında danışarkən fərqli fikirlər irəli sürürlər. Ancaq tiptronik çarxın daha çox yanacaq istifadə etməsi və daha sürətlə çarx dəyişdirilməsinə məruz qalması hamıya məlumdur.

BMW-nin aldığı yeni bir patent, düz çarxlardakı addımları artıraraq tiptronik və avtomatik çarxlara bənzər bir məhsuldarlıq əldə etməyi hədəfləyir.

Patentə görə, yanacağa qənaət etmək, altı irəli çarxa  yeddincisini əlavə etməklə mümkündür. Ancaq bu, çarx yollarının sayını artıracağı üçün sürücünün çarx dəyişdirməsinə səbəb ola bilər. BMW-nin bu problemə tapdığı dahiyanə həlli isə  sürücünün səhv çarxa keçib mühərrikə zərər verməsinin qarşısını ala biləcək bir yenili ehtiva edir.

Buna görə də, çarx yollarının ətrafı maqnetik ya da elektrik xüsusiyyətləri olan bir maye ilə təmin olunur və axın verilərək və ya maqnetik sahədə dəyişiklik edilərək mayenin axıcılığı azaldılıb artırıla bilir. Beləcə sürət azaldılarkən yalnız uyğun çarxa keçilməsi təmin edilir və digər çarx yolları bloka salınır. Bu yeni texnologiyanın tətbiq olunması mümkündür və bu da avtomobil sahəsində yeni qapılar aça bilər. BMW-nin bu texnologiyanı nə vaxt həyata keçirəcəyi hələ bilinmir.

Sizin Reklam Yeriniz