news Image
2014.03.07
18:21
| A A A
Avropanın ən böyük dinozavrı

Portuqaliyalı elm adamları, bir uçurumdan çıxarılan dinozavr qalıqlarının Avropa qitəsinin ən böyük canlısına aid olduğuna inanır. 


Torvosaurus Gurnee adlı dinozavrın qalıqlaşmış sümükləri paytaxt Lizbonun şimalındakı Praia da Vermelhadaki bir uçurumda tapılıb. 


Movqe.Az xəbər verir ki, 10 metr uzunluğunda və 4-5 ton ağırlığında olan bu yırtıcı canavarla əlaqədar məlumatlar Plos One jurnalında nümayiş olunub. 


Qısa ön və uzun arxa qıçlara sahib olan bu ətyeyən dinozavrın 150 milyon il əvvəl  Jura dövründə yaşadığı düşünülür.