Əlaqə Arxiv
news Image
2012.06.13
18:34
| A A A
Qadınlar 30 yaşından sonra evlənir

Movqe.az saytı xəbər verir ki, İngiltərədə aparılan araşdırmalara görə, 30 və 40 yaşlarında evlilik qərarı verən qadınların sayı gün keçdikcə artdığı məlum olub.

İngiltərə Milli Statistika Bürosunun gerçəkləşdirdiyi araşdırmanın nəticələrinə əsasən, ölkədə yaşayan qadınlar 30 və 40 yaşlarda evlənməyi üstün tutur.

Nəticələrə görə, son 10 ildə ölkədə 30 və 40 yaşlarda ilk dəfə ail’ quran qadınların sayında artım müşahidə olunur.

Mütəxəssisi Yo Dale qadınların 30 yaşlarının ortalarına doğru "oyandığını" söyləyib. Dale sözlərinə belə davam edib: "30 yaşını keçən qadınlar iş həyatlarına bağlandıqları üçün xüsusi həyatlarını ikinci plana atır. Bir gün "oyanıb" bu vəziyyətin fərqinə varırlar."


Sizin Reklam Yeriniz