Əlaqə Arxiv
news Image
2012.06.19
13:22
| A A A
Dünyanın ən qədim qaya sənəti nümunələri tapıldı

Movqe.Az bildirir ki, Avstraliyada axtarışlar edən bir arxeoloq, Aborcinlərə aid dünyanın ən qədim qaya üzərində çəkilmiş rəsm nümunələrini tapdığını söyləyib.

"Outback" mağarasında tapılan şəkillərin 28 min il əvvəl çəkildiyi bildirilib. Mağaradakı minlərlə şəkildən birinin "Journal of Archaeological Science" jurnalının növbəti sayında nəşr ediləcəyi gözlənilir.

"Southern Queensland" Universitetindən arxeoloq Brus Barker, qayalardakı şəkillərin kömürlə çəkildiyini söyləyib. O bildirib ki, rəsmlərin neçənci ilə aid olduğunu radiokarbondan faydalanaraq məlum etmək mümkün olacaq. Barker, ancaq mineral boya ilə çəkilən rəsmlərin yaşının tam olaraq təyin oluna bilməyəcəyini vurğulayıb.

"Australian National" Universitetindən arxeoloq Salli Mey isə bu araşdırmanın ''inanılmaz dərəcədə əhəmiyyətli'' olduğunu söyləyir.

Sizin Reklam Yeriniz