Əlaqə Arxiv
news Image
2012.06.21
15:20
| A A A
Özünüzü günəşdən qoruyun

Movqe.Azbildirir ki, Ləkə müalicələri inkişaf edən texnologiya ilə daha asan olmağa başlayıb. "Ozon təbəqəsinin zədələnməsi ilə birlikdə günəşin zərərli şüaları ləkələrin təkrarlamasına səbəb olur" deyən dermatoloqlar, ləkələrin səbəblərini və həllərini izah ediblər.

- Tərkibində spirt olan ətir, tonik və odekolon ləkələri artırır. Yayda ətrinizi  dərinizə deyil saçlarınıza vurun. Diqqət yetirin bir çox qadın və kişidə ləkələr ətir vurulan boyun və boyun ətrafında əmələ gəlir.

- Yayda istifadə etmək məcburiyyətində qaldığınız bütün dərmanların tərkibini oxuyun. Çünki bir çox dərman işıq həssaslığı səbəbiylə ləkə yaradır. Buna görə dərman həssaslığına diqqət yetirməlisiniz.

-  Kisə, "peeling" kimi əməliyyatlardan sonra günəş vannası qəbul etməyin. Çünki ləkələriniz günəş səbəi ilə artar.

- Gözaltları tünd rəngdə olan insanlar günəş qoruyucusundan və eynəkdən istifadə etməsələr, şikayətləri artacaq.

- Çox vaxt maşın sürən adamların əllərində ləkələr əmələ gəlir, ona görə də qoruyucu kremlərdən istidafə edilməlidir.

- Əsmər dərili insanlarda ləkələrin əmələ gəlməsi sarışınlara nisbətən daha artıq, müalicələri çətin, uzun müddətlidir. Əsmər olmaq günəş yanığı olmasının qarşısını alar, amma ləkə müalicəsi üçün əlverişsizdir.

Yadda saxlayın, artan ləkə şikayətləri səbəbi ilə dəri xərçəngində son illərdə artım vardır. Bunun səbəbi həddindən artıq və vaxtsız günəş vannası qəbul etməkdir. Bunun kimi ləkə müalicələri üçün ekspertlərdən kömək almalısınız. Yalnış müdaxilələr ləkələri yaxşılaşdırmadığı kimi artmasına da səbəb ola bilər. Ən son çarə olaraq tətbiq edilən lazer müalicələrini ancaq krem və "peeling" tətbiqlərinin cavab vermədiyi vəziyyətlərdə təklif edirik.

Sizin Reklam Yeriniz