Əlaqə Arxiv
news Image
2017.11.01
14:17
| A A A
Banan insult riskini azaldır

Alimlər təcrübə nəticəsində belə qənaətə gəliblər.

Gündə 3 ədəd banan yemək insult riskini azaldır. "Daily Mail" qəzetinin verdiyi məlumata görə, bu qənaətə ingilis və italiyalı alimlər gəliblər. Alimlər bananın tərkibində olan kaliumun insan orqanizmində qan təzyiqinin artmasına mane olduğunu müəyyənləşdiriblər.

 

Jurnal həmçinin Amerika Kardioloqları Kollecinin 200 mindən çox insanın üzərində apardığı 11 beynəlxalq təcrübənin nəticəsini hesabatında dərc edib. Hesabatda alimlər insult riskini 21 faiz azaltmaq üçün insan orqanizminə gün ərzində 1600 milli qram kaliumun daxil olmasının vacibliyini vurğulayıblar. Bir bananda isə 500 milli qram kalium mövcuddur ki, bu da orqanizmdə su balansını qoruyaraq ürək ritmini normallaşdırmağa kömək edir. İnsan orqanizmində kalium metalının çatışmaması isə sonda əzələ-sinir və ürək-damar sisteminin sıradan çıxmasına gətirib çıxarır.

 

Xatırladaq ki, kalium metalı sitrus meyvələri, yaşıl tərəvəzlərin, bananın, yerkökünün, sarımsağın, qara quşüzümünün, pomidorun, balığın və süd məhsulların tərkibində mövcuddur.

Sizin Reklam Yeriniz