news Image
2014.05.02
15:49
| A A A
Menopoza girdi, doğum etdi!
Movqe.Az xəbər verir ki, İngiltərədə 17 yaşındaykən erkən menopoza girən və buna görə həkimlərin uşaq sahibi ola bilməyəcəyini söylədiyi Raçel Merçant, 20 il sonra doğum edib. İngilis qadın, 2012-ci ildə müayinə üçün getdiyi həkimdən hamilə olduğunu öyrənib. Erkən menopoz üçün tətbiq olunan müalicələrinə davam edən Meçhant, çox sağlam bir hamiləlik dövrü keçirib. Həkimlər Merçantın necə hamilə qala bildiyini açıqlaya bilməsə də, 36 yaşındakı Merçant tibb dünyasını da çaşdıraraq keçən il Derbi şəhərində qızı Holini dünyaya gətirib.


Menopoz - insanlarda yumurtalığın fəaliyyətini tamamilə dayandırmasına deyilir. Menopoz qadınlarda adətən orta yaş dövründə, 45-55 yaşa yaxın baş verir və doğuş qabiliyyətinin itirilməsi ilə nəticələnir. Buna səbəb yumurtalıqda qadının reproduktiv funksiyasını müəyyən edən estrogen hormonlarının ifrazının azalmasıdır.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs