Əlaqə Arxiv
news Image
2014.05.05
13:43
| A A A
"Amazon"dan yeni telefon

Mobil telefonu bazarını silkələyəcəyi deyilən Amazonun yeni modelinin ilk görüntüsü ortaya çıxıb.


Movqe.Az xəbər verir ki, texnologiya dünyası maraqla nəhəng onlayn pərakəndə Amazonun telefonunu gözləyir. Ağıllı telefon bazarında tarazlıqları dəyişdirməsi gözlənilən və böyük sürətlə yüksək bazar payı qazanması ehtimalı olan Amazon telefonunun ilk görüntüləri də nəhayət, internetə sızıb.


Həqiqi bir fotoşəkil olmasa da , telefonun dizaynını göstərən bir modelləşdirmə olaraq ortaya çıxan görüntüdə telefonların bir az " köhnə model" görünməsi hamının diqqətini çəkib. iPhone 3G xəttlərinə sahib olan və rəqiblərinə nisbətlə daha "qalın " görünən telefonun gözlənilən " üst səviyyə" görünüşə sahib olmaması qarışıqlıq yaradıb.


Şəkillər rəsmən təsdiqlənmiş olmasa da sızdıran qaynağın çox etibarlı olması , telefonun görüntülərinin həqiqi olması ehtimalını yüksəldir.


Telefonda həmçinin , "Galaxy S5"də olduğu kimi "Home" düyməsi olması da diqqət çəkir. Həmçinin telefonda baş hərəkətlərini izləmək kimi qabiliyyətlər və xüsusi bir əməliyyat sistemi olacağı da deyilir. Telefonun istifadəçiləri isə GSM operatorları ilə Amazon Prime Data müqaviləsi bağlaya biləcək. Bu müqavilənin şərtləri hələ dəqiq deyil, lakin internet istifadəsində bəzi üstünlükləri olacağı düşünülür.

Sizin Reklam Yeriniz