Əlaqə Arxiv
news Image
2014.05.05
15:13
| A A A
Vampir terapiyası ilə gəncləşin!

Movqe.Az xəbər verir ki, İngiltərəli alimlər maraqlı bir araşdırma aparıb. Vampir kinolarını xatırladan tədqiqat yaşlanmağın qarşısını alır. "Nature Medicine" jurnalında yayımlanan araşdırmaya görə, tərkibində təbii kimyəvi maddələrin olduğu gənc qanı yaşlılara vurulduqda beyində yenilənmə baş verir, yaddaş əvvəlki kimi güclənir. Hələlik siçanlar üzərində aparılan araşdırmada, 3 yaşlı siçandan alınan qan 18 yaşlı siçana vurulub. Bu zaman, onun yaddaş və öyrənmə bacarığı artıb, beyind sruktur,molekulyar və funksional dəyişilik yaranıb. Standford Universitetinin həkimi Toni Vays Koray : "Siçanlar üzərində apardığımız araşdırma göstərdi ki, gənc qan sinaptik pıastikliyi yeniləyir və koqnitiv funksiyanı inkişaf etdirir. Gələcəkdə insanlar üzərində bunu etsək, yaşlanmadan qaynaqlanan nevrodegenerativ pozğunluqların qarşısını ala biləcəyik" deyib. 

Sizin Reklam Yeriniz