news Image
2014.05.06
09:59
| A A A
Apple ürək ritmi və qan təzyiqinizi ölçəcək

"Apple"ın maraqla gözlənilən yeni qulaqcıqları ürək ritmini belə ölçəçək.


Movqe.Az xəbər verir ki, ağıllı saatını bir neçə aya qədər bazara çıxaracaq Apple , "iWatch"un yalnız biləkdən e- poçt oxuma qabiliyyəti ilə məhdud qalmaması üçün onu fərqli sensorlarla təchiz etmək istəyirdi.


 İndi "Apple"ın iOS 8 ilə birlikdə tanıtması gözlənilən yeni nəsil qulaqcıqlarında da fərqli sensorların yer ala biləcəyi ortaya çıxıb.


Yeni "EarPods"larda yerləşən sensorlar sayəsində qulaqcıqların ürək ritmini və qan təzyiqini ölçə biləcəyini görəcəyik. 



Yeni qulaqlarda həmçinin səs-küyü azaltmaq üçün daha yaxşı mikrofonların olacağı da deyilir. 



Applenin yeni qulaqcıqlarını iyun ayındakı WWDC 2014 konfransında tanıtması gözlənilir.