news Image
2012.06.27
11:21
| A A A
İlham Əliyevin nəvəsi dünyaya gəldi

Azərbaycan prezidenti İlham Əliyevin daha bir nəvəsi dünyaya gəlib. Lent.az-ın məlumatına görə, ölkə başçısının ötən il iş adamı Səməd Qurbanovla ailə quran kiçik qızı Arzu Əliyevanın oğlan övladı dünyaya göz açıb.

Xatırladaq ki, Türkiyə prezidenti Abdulla Gül də bu münasibətlə dünən prezident İlham Əliyevi təbrik edib. Bu barədə Türkiyə Cümhurbaşqanlığının rəsmi saytındakı məlumatda bildirilib.

Qeyd edək ki, bu, dövlət başçısının üçüncü nəvəsidir. Prezidentin böyük qızı Leyla Əliyeva 2006-cı ilin aprelində tanınmış iş adamı Emin Ağalarovla ailə qurub, 2008-ci il dekabrın 1-də onların əkiz oğlanları dünyaya gəlib. Uşaqlarının adı Mikayıl və Əlidir.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs