Əlaqə Arxiv
news Image
2012.06.27
13:24
| A A A
Kraliçadan məktub var
Movqe.az bildirir ki, İngiltərə Kraliçası II Elizabet, Londonda yaşayan Türk sənət musiqisi sənətçisi Suat Sancarın göndərdiyi albomuna cavab olaraq sənətçiyə təşəkkür məktubu göndərib.

Kraliça II Elizabetin taxta çıxışının 60-cı ilini qeyd etmə səbəbi ilə məktubuyla birlikdə öz bəstələrindən ibarət olan albomunu göndərən Sancara bir həftə sonra Kraliçadan cavab gəlib. Kraliçanın məktubunda, hədiyyədən çox duyğulandıqları və sənətçiyə təşəkkür sözləri yazılıb. Kraliçanın taxta çıxışının 60-cı ildönümünü qeyd etmək və Türk musiqisini Kraliçanın tanımasını təmin etmək məqsədiylə belə bir məktub göndərdiyini söyləyən Sancar, öz bəstələrindən ibarət olan son albomuyla birlikdə, məktuba Türkcə mahnılarının ingiliscə tərcümələrini də əlavə edib.

Sizin Reklam Yeriniz