Əlaqə Arxiv
news Image
2014.05.07
18:32
| A A A
Qeyri-adi təbiət hadisəsi: Balıq yağışı

Cənubi Asiya ölkələrindən Şri Lankanın qərbində bir kəndə göydən canlı balıq yağıb.


BBC-nin xəbərinə görə , Çilav bölgəsində yaşayan kəndlilər , əvvəl göydən nəyinsə düşdüyünü duyduqlarını , daha sonra otların arasından və yollardan təxminən 50 kiloqram canlı balıq yığdıqlarını söyləyib.


Kəndlilər , 5 və ya 8 santimetr uzunluğundakı balıqların son dərəcə ləzzətli olduğunu söyləyib.


Qeyri-adi təbiət hadisəsinə kiçik bir qasırğanın səbəb olduğu düşünülür. Hava istiliyi ,rütubət nisbəti və külək sürətində böyük dəyişikliklər olan bölgələrdə meydana gələn qasırğalar , eynilə elektrikli süpürgə kimi yerdə nə varsa yığır və uzaqlara daşıya bilir.


Bölgədə təsirli olan fırtına əsnasında dənizin dayaz bölgələrindən və çaylardan kiçik balıqları havaya qalxdığı görülüb.



Sizin Reklam Yeriniz