Əlaqə Arxiv
news Image
2014.05.12
14:12
| A A A
Samsung "Galaxy S5"in satış rəqəmləri açıqlandı
Samsung fevral ayının sonunda tanıtdığı admiral gəmisi ağıllı telefon modeli "Galaxy S5"i aprelin əvvəlində satışa təqdim etmişdi. Bu tarixdən bir müddət əvvəl Cənubi Koreyada satışa təqdim edilməsi ilə bağlı məlumatlar gəlmişdi. Movqe.Az xəbər verir ki, telefon təchizat xüsusiyyətləri , suya dözümlü quruluş , barmaq izi və ürək ritm təqib edən sensoru kimi xüsusiyyətlərlə diqqət çəkmişdi. Galaxy S5 , 5.1 " böyüklüyündə və 1920 × 1080 piksel Full HD Super AMOLED sensorlu ekran , 2GB sistem yaddaşı , 16GB/32GB daxili məlumat tutumu , 2.5Ghz dörd nüvəli prosessor ehtiva edən Qualcomm Snapdragon 801 chipset , 16MP arxa kamera , 2MP ön kamera , Google Android 4.4.2 KitKat mobil əməliyyat sistemi kimi xüsusiyyətlərlə gəlir.  "Galaxy S5"in ölkəmizdəki telefon mağazalarındakı qiyməti isə 699 manatdır.
Sizin Reklam Yeriniz