Əlaqə Arxiv
news Image
2014.05.12
19:51
| A A A
İki üzlü körpə

Avstraliyada olduqca qeyri-adi bir doğum reallaşıb. Həkimləri də heyrətə salan hadisədə körpəyə ilk baxanda bir bədəndə iki fərqli üz görülür. Lakin əslində bir bədən, yalnız 2 üzü deyil, 2 ayrı beyni də daşıyır.


Sidneydə yaşayan Renee Young keçən həftə əkiz qız körpələr dünyaya gətirib. Ancaq talehsiz körpələr eyni bədəndə gözlərini dünyaya açıb. 


Movqe.Az xəbər verir ki,hHal-hazırda sağlamlıq vəziyyətləri yaxşı kimi görünsə də həkimlər hər şeyə baxmayaraq təmkinli hərəkət etmək istəyir və körpələrin xəstəxanadan çıxarılmasına icazə vermir. Möcüzə körpələrin iki üzü, iki beyni var. Lakin onlar bir bədənə və eyni orqanlara bağlıdılar.


Körpələrin atası Simon Hovie "Tək bir bədəndə olsalar da biz onları əkiz olaraq görürük. Hər şeyə baxmayaraq onlar bizim qızlarımızdı və onları çox sevirik " deyib.



Sizin Reklam Yeriniz