news Image
2014.05.13
12:05
| A A A
Öz özünü təmir edən plastik

Elmin son möcüzəsi: ortasından güllə belə keçsə, açılan dəliyi öz-özünə təmir edə bilən plastik! 


"Illinois" Universitetindəki elm insanları, yaxın gələcəyimizi kökündən dəyişdirə biləcək bir tədqiqat aparıb.


Movqe.Az xəbər verir ki, üzərindəki cızıqları, qırıqları öz-özünə təmir edə bildiyi kimi, güllə ölçüsündəki dəlikləri belə müəyyən vaxtla bağlayan plastik inkişaf etdirən elm insanları bu kəşflə böyük maraq yığıblar. 


Bu cür bir materialın hər cür məhsulda istifadə edilməsi mümkün ola biləcək və avtomobillərdən telefonlara, ev əşyalarından idman alətlərinə qədər bir çox məhsulun, ilk günkü qədər yeni qalması mümkün olacaq.