Əlaqə Arxiv
news Image
2012.06.28
15:55
| A A A
Alışmadığımız evlilik təklifi

Mövqe.Az xəbər verir ki, Türkiyənin Təkirdağ vilayətində sevgilisinə diz çökərək evlənmə təklif edən qadın "bəli" cavabını eşidincə onun barmağına tək qaş üzük taxıb.

Alınan məlumata görə 24 yaşlı vizajist Əminə Çələbi təxminən 1 ildir yoldaşlıq etdiyi 36 yaşlı efir rejissoru sevgilisi Soner Buvana alışımadığımızevlilik təklifi hazırlayıb. Yoldaşları ilə hazırlıq görən Çələbi, Rejissor sevgilisini İstanbuldan Təkirdağa balıq tutmağa çağırıb. Gəlin paltarı geyən Çələbi, limana yoldaşlarının köməyi ilə 150 ədəd şam yandırıb. Dənizdən gəmi ilə dönən Buvan, sevgilisinin şamların arasında gəlin paltarıla görüncə çaşıb.

Musiqinin müşaiyyəti ilə Buvanın qarşısında diz çökən Çələbi, oğlan dostuna evlənmə təklifi edib. Buvanın "bəli" cavabını verməsinin ardınca sevgililər bir-birlərinə sarılıb. Davam edən Çələbi, adaxlısı Buvanın barmaqlarına yanında gətirdiyi tək qaş üzüyü də taxıb. Bir müddət musiqi sədaları altında rəqs edən cütün nikahı isə, gəmidə kapitan tərəfindən bağlanıb. Gəmidə bir müddət əylənən cüt daha sonra quruya çıxdı.

Çələbi o anları elə təsvir edib: "Oğlan dostuma evlilik təklif etdim. 150 ədəd şam hazırladım. Mən bu şamların ortasında dayanaraq hadisədən xəbərsiz olan dostumaa evlilik təklifi etdim. Tək qaş bir üzük taxdım. Bir gün danışarkən söhbət evlilik təklifindən düşdü. Mənə "sən elan edərsən sevgilim" dedi. Mən də "tamam, mən edərəm" dedim. Mən bunu beynimdə götür-qoy elədim və reallaşdırdım."

Sürpriz təklifə hazır olmadığını etiraf edən Burvan, "İnsanın həyatında belə bir şey bir dəfə başına gəlir. O da mənim başıma gəldi. Çox gözəl oldu. Xəbərim yox idi. Mən balıq tutmağa gəlmişdim. Amma Əminə mənə sürpriz etdi. Xəbərim yox idi. Çox çaşdım. Amma mən balığımı tutdum. Tək qaş üzük belə aldım" deyə fikirlərini bölüşüb.






Sizin Reklam Yeriniz