news Image
2012.07.02
10:56
| A A A
Məhkəmə qərarından sonra şok ölüm
ABŞ-ın Arizona əyalətindəki məhkəmə heyəti faciəvi bir sona şahid olub.

Movqe.Az bildirir ki, Amerika Birləşmiş Ştatlarının (ABŞ) Arizona əyalətindəki məhkəmə heyəti, faciə ilə bitən bir iddiaya şahid olub. 16 il həbs cəzası verilən iş adamı məhkəmə salonunda ölüb. Qərar açıqlandıqdan bir neçə dəqiqə sonra ölən iş adamının intihar etmiş ola biləcəyi ehtimalı söylənilir. Öz evini yandırmaqda günahlandırılan 53 yaşındakı iş adamı Maykl Marinin mühakimə etmə nəticəsində günahkar olduğu bilindi. Qərarın açıqlanmasıyla böyük bir xəyal qırıqlığı yaşayan iş adamı üzünü iki əliylə tutub. Elə bu anda Marinin ağızına gizlicə bir şeylər atdığı iddia edilir. Bu hadisədən təxminən bir dəqiqə sonra da Marinin üzü qıpqırmızı olub. Dərhal yerə yığılan Marin xəstəxanaya aparılıb, ancaq həkimlər onu xilas edə bilməyib. Rəsmilər hadisənin intihar olub olmadığını araşdırırlar. İqtisadi böhrandan işləri yolunda getməyən Marin 2009-cu ildə kreditlə aldığı evin borcunu ödəyə bilməməyi səbəbiylə əvvəl evi hərracla satmağa çalışıb. Ancaq ev satılmadığına görə Marinin onu yandırdığı iddia edilir.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs