Əlaqə Arxiv
news Image
2014.06.03
11:44
| A A A
Hər 7 saniyədə bir nəfər keçmişini sildirmək istəyir

İnternet ensiklopediyası Vikipedianın qurucusu Cimmi Ueyls , unudulma haqqı səbəbiylə "Google"ın tətbiq etdiyi fərdi senzura sisteminin müvəffəqiyyətli olmayacağını düşünür. Movqe.Az xəbər verir ki, Avropa Ədalət Divanının ötən ay aldığı "unuduma haqqı" qərarının keçən cümə qüvvəyə minməsindən sonra , bir gündə 28 Avropa Birliyi ölkəsi vətandaşından 12 min məlumat sildirmə tələbi gəlmişdi. Bu yoğun tələbə baxmayaraq Ueyls , senzura sisteminin işə yaramayacağını söyləyir.

BBC-yə şərh edən Ueyls , "İnternetin qlobal miqyaslı quruluşundan ötəri , fərdi məlumatları silmə sistemi çox uzun davam etməyəcək. Məsələn , "Google"ın ABŞ versiyası bu qərara daxil deyil və əsla olmayacaq. Avropada fəaliyyət göstərməyən, lakin başqa ölkələrdə çalışan bir çox axtarış mühərriki var. O axtarış mühərrikləri də, unudulma haqqı qərarını yerinə yetirməyəcələri üçün , bir nəfərin internet üzərindəki bütün məlumatlarının sonsuza qədər silinməsi qeyri-mümkündür. Müvəffəqiyyətsiz bir cəhddir "deyib.

"Google"ın dünən etdiyi şərhdə , insanların internet üzərindəki keçmişlərinin silinməsi üçün hər 7 saniyədə bir tələb göndərdiyi deyilib. 

Sizin Reklam Yeriniz