news Image
2014.06.04
10:30
| A A A
Pizzanın yaranmasının il dönümüdür

İtaliya "milli yeməyi" pizza Margarita 125-ci ilini qeyd edir. İtaliya Kənd Təsərrüfatı Konfederasiyasının məlumatlarına görə; qeydlərə keçən ilk Margarita, 1889-cu ildə iyun ayında hazırlanmışdı. O dövrdə Napolidəki Kapodimonte Sarayında yaşayan Kraliça Margerita, ənənəvi sarımsaq souslu pizzanın kral ailəsinə uyğun olmadığını düşünərək üzərində İtaliya bayrağının rənglərini daşıyan pomidor, pendir və reyhanlı pizza hazırlatmışdı. Pizzanın adı da Margarita olaraq qalmışdı.

"Marqarita" pizzasını kraliçanın əmrinə əsasən yalnız Kapodimonte sarayının peçlərində hazırlamaq olardı. Əlbəttə ki, İtaliyada verilən digər əmrlər kimi onun da ömrü uzun olmadı. "Marqarita" bütün italyanların sevimli qidasına çevrildi. Yəni balıqçıdan markizə qədər hamı bu yeməyi sevdi. Hazırkı dövrdə də İtaliyada 2000–dən artıq pizza növü mövcuddur. İtaliyada keçirilən sorğulara görə, italyanların 39 faizi bu pizzanı İtaliya mətbəxinin rəmzi sayır. İtalyanlar ildə 7,6 kilo Margarita pizzası yeyir.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs