news Image
2014.06.05
11:45
| A A A
Gənclər kişilər daha tez siqareti ata bilər!

Araşdırmaya görə gənc kişilərin siqareti buraxma şansı , gənc qızlardan daha yüksəkdir. Kanadada edilən bir araşdırma , gənc kişilərin siqareti buraxma şansının daha yüksək olduğunu göstərib . Araşdırma , siqaretlə mübarizədəki müvəffəqiyyətin gender , yaş , ətraf mühit və edilən idman növünə görə fərqlilik göstərdiyini müəyyən edib.


Movqe.Az xəbər verir ki, Montreal Universitetindən elm adamları , 5 il müddətində 620 gəncin davranışlarını araşdırıb. Nəticələri "Cancer Epidemiology , Biomarkers & Prevention " jurnalında nümayiş olunan araşdırmada , ailə daxilindəki gərginlik , kilo mövzusundakı narahatlıqlar və həddindən artıq kilolu olmanın siqareti buraxmağı çətinləşdirdiyi deyilib. Araşdırmada , gənc kişilərin siqareti atmalarındakı müvəffəqiyyət şansının gənc qızlardan 80 faiz çox olduğu ortaya çıxıb.


Elm adamları  həmçinin , komanda idmanlarıyla məşğul olanların siqareti buraxma mövzusunda daha müvəffəqiyyətli olduğunu görüb. Ailə daxilində xoşbəxt olan , valideynləriylə yaxşı əlaqələr quran siqaretə yeni başlayanların da siqareti daha asan ata bildiyi vurğulanıb.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs