Əlaqə Arxiv
news Image
2014.06.05
13:10
| A A A
Bu da iOS 8 Jailbreak!

Hacker i0n1c , "Apple"ın hələ Beta mərhələsində olan mobil əməliyyat sistemi iOS 8-də jailbreak üçün defekt tapdığını açıqlayıb.


"Apple"ın WWDC 14 fəaliyyətində tanıtdığı mobil əməliyyat sistemi iOS 8 təqdim etmiş olduğu yeni xüsusiyyətləri ilə iOS 7-dən daha yaxşı olacağını bizə sübut etmişdi. Dizayn anlayışını iOS 7 ilə dəyişdirən firma iOS 8-də də eyni dizaynı və quruluşu istifadə edəcəyini bildirmişdi.

iOS 8-in tanıdılmasından sonra istifadəçilərin böyük bir hissəsinin gözlədiyi iOS 7.1.1 üçün Jailbreak xəyal olaraq qalmışdı. Çünki hakkerlərin tapmış olduğu defektləri iOS 8-ə saxlama ehtimalı var idi. Gözlənilən bu ehtimal təəssüf ki, ki bu gün reallaşıb.


Hacker i0n1c , iOS 8də Jailbreak əməliyyatına imkan yaradan defektin hələ də olduğunu və sistemin ilk Betasının JB-lənəcəyini açıqlayıb. Eyni vəziyyət ötən il iOS 7-in ilk Beta distributivində də yaranmışdı, lakin iOS 7 üçün Jailbreak vasitəsi 2-3 ay sonra yayımlana bilmişdi.

Sizin Reklam Yeriniz