Əlaqə Arxiv
news Image
2014.06.07
17:12
| A A A
Dollar milyarderinin mobil telefonu yoxdur
Dünyanın ən böyük investisiya şirkətlərindən olan "PIMCO"-nun (Pacific Invesment Management) təsisçisi Bill Qross qeyri-adi etirafla mətbuatın gündəminə gəlib. 

Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, 2.3 milyard dollarlıq sərvəti ilə "Forbes"in milyarderlər siyahısında 799-cu sırada qərarlaşan Qross mobil telefonu olmadığını açıqlayıb. 

Yeniliklərə açıq bir insan olmadığını etiraf edən biznesmen iş xaricində olan vaxtını ailəsinə ayırdığını, telefonla oynamağa vaxtı olmadığını deyib. 

Qross həmçinin yeni nəslin nümayəndələrini smart cihazlara çox vaxt ayırdığı üçün də tənqid etdi. 

Qeyd edək ki, Bill Qross dünyanın ən nüfuzlu şəxsləri siyahısında 55-ci sıradadır. 
Sizin Reklam Yeriniz