Əlaqə Arxiv
news Image
2014.06.09
11:41
| A A A
Kran suyundan qızıl axdı-FOTOLAR
ABŞ-ın Montana ştatının Vaythol qəsəbəsində, kranlardan axan suda qızıl tapılıb. Şaron Braun adlı bir qadın qab-qacaq yuyarkən kran suyunda kiçik sərt cisimlər olduğunu görüb. Qadının yığdığı cisimləri yoldaşına göstərməsiylə, insanı heyrətə salan həqiqət ortaya çıxıb. Qızıl mədənlərinin olduğu bir bölgə olan Vaytholda yaşayan ailə, kimyəvi araşdırmalar nəticəsində sudakı cisimlərin saf qızıl olduğunu doğrulayıb. 


Movqe.Az xəbər verir ki, Şaronun yoldaşı Mark Braun, "kran suyunda gözlə görülə biləcək hissəciklər varsa, gözlə görülməyən nə kimi maddələr var görəsən" deyərək istifadə etdikləri suyun nə kimi əməliyyatlardan keçdiyini öyrənmək istədiklərini söyləyib.


Səlahiyyətlilər isə qəsəbədəki qızıl mədəninə aid tullantıların içməli suya qarışmış ola biləcəyini, ətraflı araşdırmaların davam etdiyini deyib.









Sizin Reklam Yeriniz