Əlaqə Arxiv
news Image
2014.06.09
12:20
| A A A
Bu tətbiqə artıq "Facebook"dan giriş olmayacaq

30 iyun tarixindən etibarən fotoşəkil paylaşma platforması "Flickr"a Facebook və Google hesabıyla daxil oluna bilinmyəcək.


Movqe.Az xəbər verir ki, sosial media gündəlik həyatımızın bir parçası olduğu kimi, sahib olduğu xəbər axışı ilə də bütün dünya ilə əlaqə qurmağın ən asan yollarından biridir. Lakin Yahoo və Google kimi adların damı altında olan çox sayda əhəmiyyətli sosial şəbəkə var və bu şəbəkələrin münasibətləri hər keçən gün bir az da pisləşir.


Google və Yahoo arasında davam edən mübarizənin yeni bir əksi də ötən gün Yahoo tərəfindən edilən bir şərh ilə gəlib. Firmanın tərkibinə olan və lazimi miqdarda istifadəçiyə sahib olan Flickra 30 iyundan etibarən Facebook və ya Google hesabları ilə daxil ola bilməyəcəyik. 


30 İyundan etibarən hələ də Flickr hesabınızı istifadə etmək istəyirsinizsə, Yahoo hesabı açmaq məcburiyyətindəsiniz.


Firmadan edilən şərhə görə edilən bu dəyişikliyin əsas səbəbi, Yahoo istifadəçilərini daha yaxından izləyə bilmək və yeni aktuallaşdırmalarla proqramı daha təsirli hala gətirməkdir.

Sizin Reklam Yeriniz